Kıvancdan yeni serial

Aktyor Kıvanç Tatlıtuğ məşhur seriala çəkilib. SİA-nın verdiyi xəbərə görə, aktyor "Vikings" ("Vikinqlər") serialının üçüncü mövsümündə rol alıb."Kurt Seyit və Şura" reytinq yığa bilmədiyi üçün yayımı dayandırıldıqdan sonra K.Tatlıtuğ boş qalmaq istəməyib. O, bir fransız prodüserin köməyi ilə "Vikings" serialına qonaq aktyor kimi daxil olub. Ekran işində VIII əsrdə Skandinaviyada sadə bir kəndlidən cəsur döyüşçüyə çevrilən Raqnar Latbrokun əhvalatından bəhs edilir. Tatlıtuğun baş rolda çəkilən aktyor Rayan Kvantenə bənzərliyi də diqqət çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə