Aktyor aparıcılıq edəcək
Moskvada ilk dəfə olaraq Hindistanın məşhur kino mükafatı Bollivud "Oskar"ının təqdimatı planlaşdırılır. SİA-nın verdiyi xəbərə görə, artıq bunun üçün danışıqlar başlanılıb. Təqdimetmə mərasiminin aparıcısı isə "Bollivudun kralı" Şahrux Xan olacaq. Mükafatlandırma mərasimi bu ilin sentyabrında baş tutacaq. Hazırda təqdimatın Moskvada hansı məkanda keçiriləcəyi müzakirə edilir. Qeyd edək ki, 2011-ci ildə "GQ" jurnalı Şahrux Xanı "Kino ikonu" elan edib. Bir il sonra isə o, dünya kinematoqrafiyasının ən varlı aktyoru seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə