Günay dostlarından imtina etdi
Müğənni Günay İbrahimli İnstaqram səhifəsində izlədiyi bütün dostlarını silib. SİA-nın verdiyi xəbərə görə, sənətçi bunun səbəbini belə izah edib:"İzlədiyim 400-dən çox insana və məni izləyən 209 min sevənimə çox hörmətim var. Amma yalandan, nəyinsə xatirinə bir-birimizi izləməyək. Qoyduğum şəkilləri izlədiyim dostlarımın bəyənməməsi demək ki, bəzi aqressiyaya səbəbdir. Mən müğənniyəm və xalqa məxsusam. Məni sevənlər sevəcək. Bu istək qarşılıqlıdır. Yalançı dostlardansa, virtualda tanımadığım insanlar əziz olur. Bundan sonra İnstaqramda əsl dostlarımı izləyəcəm. Hər kəsə uğurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə