Zorlanaraq qətlə yetirilən Özgəcan Aslan haqda yazdığı tvit səbəbindən sərt reaksiya ilə üzləşən müğənni Nihad Doğan həbs oluna bilər. SİA-nın verdiyi xəbərə görə, İstanbul Ədalət Sarayının iki məmuru ifaçıdan şikayət edib. "Ölünün xatirəsinə, dövlət orqanlarına və təşkilatlarına təhqir, cinayət törətməyə təşviq" iddiası ilə günahlandırılan Nihadın həbsi istənilib. Prokurorluq iddianaməyə baxsa, N.Doğanın 9 ilədək həbsi tələb oluna bilər.
Xatırladaq ki, N.Doğan Özgəcanın ölümündən sonra "Siz də qısa ətək geyinib sistemin əxlaqsızlaşdırdığı manyaklar tərəfindən təcavüzə uğrayanda qışqırmayacaqsınız" tvitini paylaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB