"O Səs Türkiyə"nin qalibi həmyerlimiz Elnur Hüseynovu təhqir edən türkiyəli jurnalist Bülənt Əriş öz yazısı haqda açıqlama yayıb. SİA-nın verdiyi xəbərə görə, jurnalist "Twitter" hesabında əvvəlcə "Elnur peşəkar müğənnidir, məncə, "O Səs Türkiyə" adlı bir yarışmanı o qazanmamalıydı. Bu ölkədə təşkil edilən yarışmanı bu torpaqlardan biri qazanmalıydı" yazıb.
Daha sonra Bülənt Azərbaycandan və Türkiyədən olan etirazlara görə yazısına açıqlama gətirib:"Azərbaycanlı qardaşlarıma etirazım yoxdur. Etirazım proqramın formatınadır. Bütün yazılarımda ayrıseçkiliyə qarşı olduğumu bildirmişəm. Bu yazımda da səhv başa düşüləcəyimi əvvəldə qeyd etmişdim. Nəticədə Elnur qazandı, bu sadəcə yarışmadır. Səhv başa düşülmüsəmsə, deməli, günah məndədir. Hər kəsə, azərbaycanlı qardaşlarıma sevgi və hörmətlərimi göndərirəm".
Qeyd edək ki, "Radikal" qəzetinin müəllifi yazısına "Keçmişdə köpək Max, bu gün Azəri Elnur" başlığını qoyub və Elnurun qələbəsini illər öncə "Yetenek Sizsiniz" yarışmasında birinci olmuş Max adlı itlə müqayisə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB