Nura Suri Elnura dəstək oldu

Müğənni Nura Suri "O Səs Türkiyə" yarışmasında qalib olan həmyerlimiz Elnur Hüseynovu dəstəkləyib. SİA-ya açıqlama verən ifaçı Türkiyədə özlərini tanıtmaq istəyən həmkarlarına söz atmağı da unutmayıb: "Azərbaycanda məşhur olan ifaçılar xarici ölkədə heç nə edə bilmirlər. Çünki gücləri və səsləri yoxdur. Bəzi müğənnilər gündə 10 dəfə radio dalğalarında eyni mahnını reklam edərək, hamının qulağına yeridirlər. Hətta Türkiyə şou-biznesinə qatılmaq üçün milyonlar xərcləyirlər. Ancaq istəklərinə nail ola bilmirlər. Çünki qardaş ölkənin Ebru Gündeş kimi sənətçisi var. Lakin müğənnilər Elnur Hüseynov və Samir Cavadzadə tez bir vaxta səslərinin gücünə görə hər kəsi özlərinə cəlb edə bildilər. Ancaq Elnurun səsini bəyənməyənlərdə oldu. Nə edək ki, onların zövqü korlanıb. Amma o, heç bir pul ödəmədən "O Səs Türkiyə" müsabiqəsinə qatıldı və qalib oldu. Türk xalqını səsi ilə valeh etdi. Hər dəfə çıxısışını təriflədilər və qiymət verdilər. Qardaş ölkə bundan sonra da Elnura dəstək olacaq. Belə ki, albomunu çıxaracaqlar, konsertlərini keçirdəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə