Türkiyədəki Özgecan cinayəti ilə bağlı müğənni Nihat Doğanın sosial şəbəkədə yazdığı fikirlər hələ də gündəmi zəbt edib. SİA-nın verdiyi xəbərə görə, müğənninin 5 ildir meneceri olan Yavuz Yıldırım da bu gün ondan ayrılıb: "Nihat Doğanla 5 illlik professional iş ortaqlığımız dünəndən etibarən sona çatıb".
Daha öncə müğənnini aparıcı Acun İlicalı yeni "Survivor"da yarışanlar siyahısından, "Qalatasaray" klubu isə üzvlükdən çıxarıb.
Qeyd edək ki, N.Doğanın "Siz də qısa ətək geyinib sistemin əxlaqsızlaşdırdığı manyaklar tərəfindən təcavüzə uğrayanda qışqırmayacaqsınız" tviti narazılığa səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB