Bu gün müğənni Sevinc Ağaşirinovanın klip təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, ifaçının xoş gününə şou-biznesin tanınmış simaları və mətbuat nümayəndələri təşrif buyurub. Belə ki, sənətçinin həmkarlarından Xatun, Xəyyam, prodüserlər Tolik, Təranə, aparıcı Samir Bayramlı və digərləri gəlib.
Tədbiri giriş sözü ilə açan Sevinc ekran işi haqqında ətraflı danışıb: " "Buyur yanımda əyləş" klipim Gürcüstanda çəkilib. Çəkiliş zamanı başıma bir çox xoşagəlməz hadisələr gəldi. Yer buz idi, yıxıldım. Amma düşünürəm ki, əziyyətimə dəyər. Klipi Zamiq çəkib".
Qeyd edək ki, mahnının sözləri Samir Quliyevin, musiqisi Əhməd Mustafayindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB