Müğənni yarışmadan uzaqlaşdırıldı

Müğənni yarışmadan uzaqlaşdırıldı

Acun Ilıcalının müəllifi olduğu "Survivor" yarışmasında növbəti dəfə dəyişiklik olub. SİA-nın verdiyi xəbərə görə, Acun müğənni Nihat Doğanı siyahıdan çıxarıb. Buna səbəb onun təcavüz edilərək vəhşicəsinə öldürülən gənc qız Özgecan Aslan haqqında "Twitter"də yazdığı rəy olub. Belə ki, müğənninin "Siz də qısa ətək geyinib sistemin əxlaqsızlaşdırdığı manyaklar tərəfindən təcavüzə uğrayanda qışqırmayacaqsınız" sözləri narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri "NihatVarsaSurvivorBoykot" sözləri ilə etirazlara başlayıb. Baş verənlərdən sonra Acun Nihat Doğanı "Survivor"dan uzaqlaşdırmaq qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə