Sevgililər günü üçün özəl mahnı

Sevgililər günü üçün özəl mahnı

Türkiyəli müğənni Sinan Akçıl Fərhad Göçərin repertuarına müraciət edib. SİA-nın verdiyi xəbərə görə, Sinan həmkarının "Biri bana gəlsin" mahnısını fərqli aranjimanda səsləndirərək ona klip çəkdirib. Bəstə Sevgililər günü üçün özəl hazırlanıb.

Qeyd edək ki, Sinan mahnını ekran işində "X factor" yarışmasında iştirak etmiş gənc ifaçı Ferah Zeydanla səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə