Samiraldo: “Göz yaşının nə olduğunu bilmirəm” AÇIQLAMA-FOTOLAR
Özünəməxsus imici və danışıq tərzi ilə seçilən stilist Samiraldo (Samir Əliyev) qeyri-adi etiraf edib. SİA-ya açıqlama verən stilist heç vaxt kövrəlmədiyini söyləyib: "Ağlamağı unutmuşam. Göz yaşının nə olduğunu bilmirəm. Bəzən istəyirəm çətin anlarımda kövrələrək ürəyimi boşaldım. Ancaq alınmır. Hətta bu yaxınlarda dünyasını dəyişən var idi. Məclisdə hamı ağlayırdı. Mən isə gülürdüm. Güldüyümə görə də yas mərasimini tərk etdim. Xüsusi ilə diqqətinizə çatdırım ki, şou-biznesin çirkab insanlarını görəndən ağlamağı tərgitmişəm. Ancaq uşaqlığımı internat evində keçirdiyim üçün çox göz yaşı tökmüşəm. İllər öncə başıma gələnlərə görə hazırda çox güclüyəm".

.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB