Qalmaqallı açıqlamaları ilə oxucu kütləsi toplaya bilən prodüser Tolik yenə əsəblərini cilovlaya bilməyib. SİA-ya açıqlama verən Tolik səhhətində yaranan problemlərə görə müğənniləri günahlandırıb: "12 ildir şou-biznesin içindəyəm və aktuallığımı qorumuşam. Ancaq peşəkar prodüsserlərə disk daşıyan adını veriblər. Niyə axı bizim əziyyətimizi itirirlər? Mənim zəhmətimi heç kim yerə vura bilməz. Onu da deyim ki, şou-biznesə gələndən xəstəlik tapmışam. Bütün sinir sistemlərimdə problem yaranıb. Həkimim deyir ki, belə əsəbləşməyimlə 10 ildən sonra infarkt keçirə bilərəm. Odur ki, şou-biznes əhli, mənə hirsləndirmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB