"Li-li group" və "Mərdan" yapımın birgə layihəsi olan "Körpü" şounun növbəti buraxılışının qonaqları müğənnilər Samira, Linet və "Ezel" filmindən tanınan aktyor Kemal Ucar olub. Aparıcı Aynur Hacıyevanın qonaqları ilə səmimi söhbəti verilişi dinamik, əhval-ruhiyyəli edib. SİA-ya təssüratlarını bölüşən Aynur bunları qeyd edib: "İki ölkənin güclü səsləri Samira və Linet canlı ifaları ilə səhnəni coşdurdular. Bildiyiniz kimi, veriliş İstanbulda çəkilir. Zaldakı tamaşaçımız da türklər idi. Onlar Samiranın Uitni Hyustonun repertuarından olan mahnısını heyrətlə dinlədilər. Kemal bəy iki sənətçinin peşəkar ifasını dinləyib, özünü sanki ifaçıların konsertində hiss etdiyini dilə gətirdi. Leyla Babayeva isə öz növbəsində maraqlı musiqi nömrələri ilə verlişə rəng qatdı".
Qeyd edək ki, "Körpü" şounun bu dəfəki buraxılışı fevralın 15-də yayımlanacaq.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB