“Dostlar” qrupu 9 martda “Söz” verəcək AÇIQLAMA

“Dostlar” qrupu 9 martda “Söz” verəcək AÇIQLAMA

"Dostlar" qrupundan xəbər var. SİA-ya açıqlama verən qrup konsert verəcəklərini söyləyib: "Mart ayının 9-da Rus Dram Teatrında "Söz" adlı konsert proqramı ilə çıxış edəcəcəyik. Həmin gecə sevilən və yeni mahnılarımızı səsləndirəcəyik. Hazırda məşqlər gedir. Bu konserti bizdən çoxdan gözləyirdilər. Nəhayət qrup olaraq qərara gəldik ki, bizi dinləyənlərin qarşısına çıxacaq. Onu da deyim ki, konsertdə bir çox surprizlər də ola bilər".

Nəzərinizə çatdıraq ki, "Dostlar" qrupu mart ayının 9-da, Rus Dram Teatrında, saat 19:00-da səhnəyə çıxacaq. Gecənin aparıcıları isə Samir Bayramlı və Nərgiz Məmmədova olacaq.

Qeyd edək ki, sözügedən qrup bu vaxtadək Faiq Ağayev, Namiq Qaraçuxurlu və digər məşhurlarla duet oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə