Elza: “Paxıllığımı çəkənlər çoxdur” AÇIQLAMA

Elza: “Paxıllığımı çəkənlər çoxdur” AÇIQLAMA

Əməkdar artist Elza Seyidcahan qınaq obyektinə çevrilmiş şeirlərindən söz açıb. SİA-ya bu haqda açıqlama verən ifaçı maraqlı fikirlər səsləndirib: "Məni bir çox insanlar şairə kimi qəbul etməyə bilər. Amma bir məqamı diqqətinizə çatdırım, bəzən elə şairlər olub ki, onların kitablarında normal şeir tapmamışam. İstəmişəm ki, şeirlərinə bəstə yazım. Ancaq bilin ki, ədəbiyyatşünas olmasamda anlayışım var. Bilmədiyim sahə haqqında danışmaram. Paxıllığımı çəkənlər çoxdur. Odur ki, şeirlərimi kim necə istəyir, qəbul etsin. Ancaq faktdır ki, şeirlərimin demək olar ki, hamısı insanlar tərəfindən oxunur və böyük səs-küy yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə