Ceyhun: “El şənliyini bərbad edərəm” AÇIQLAMA

Ceyhun: “El şənliyini bərbad edərəm” AÇIQLAMA

Müğənni Ceyhun həyat tərzindən söz açıb. SİA-ya açıqlama verən ifaçı onun üçün həssas olan məsələdən də danışıb: "Biz müğənnilərin həyat tərzi çətindir. Günümüzün çox hissəsini səsyazma studiyasında və el şənliklərində keçirməli oluruq. İstirahət etməyə zamanımız olmur. Amma mənim üçün yuxu önəmli olduğu üçün dincəlirəm. Əgər doyunca yatmasam, toyda oxuya bilmərəm. El şənliyini bərbad edərəm. Həm də səsim işləməz. Onu da deyim ki, klip çəkilişlərində yuxusuz qalırıq. Amma mən yenə də çəkiliş zamanı vaxt tapıb yatıram. Onu da deyim ki, bəzi həmkarlarım var ki, gecə saat 4-5-də sosial şəbəkələrdə yazışırlar. Amma məncə sosial şəbəkələrə görə yuxularına haram qatmağa dəyməz. O ifaçılara məsləhət görərdim ki, istirahət edib, yatsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə