Talıb Taledən 14 fevral surprizi AÇIQLAMA-FOTOLAR

Talıb Taledən 14 fevral surprizi AÇIQLAMA-FOTOLAR

Xeyli müddətdir yaradıcılığına fasilə verən və uzun müddətdən sonra yeni klipləri ilə səs-küy yaradan müğənni Talıb Tale efirlərə qayıdır. SİA-ya bu haqda açıqlama verən ifaçı hazırda yeni bəstə üzərində də çalışdığını dilə gətirib: "Bir müddət yaradıcılığıma fasilə verdim. Mahnılar yazıb, musiqi saytlarında paylaşdım. Lakin efir məkanından uzaqlaşdım. Ancaq 2015-ci il mənə uğur gətirdi. "Bilirsən ki" və "Mənim üçün darıxmış" bəstələrinə klip çəkdirdim. Kifayət qədər də baxıldı. Hazırda yeni "Ayna" mahnısı üzərində işləyirəm. Aranjiman işləri gedir. Fevral ayının 14-də Sevgililər günündə dinləyicilərimin ixtiyarına verəcəm".

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə