Təranə Səmədova yenidən prodüserliyə start verdi

Təranə Səmədova yenidən prodüserliyə start verdi

Təranə Səmədova əvvəlki peşəsinə qayıdır. Uzun müddətdir aparıcılıq edən T.Səmədova bundan sonra müğənni Boris Bayramovla çalışacaq. SİA-ya bu haqda prodüserin özü məlumat verib: "Zarina Məmmədovadan sonra prodüserlik fəaliyyətimi dondurdum. Vaxtım olmurdu. Gərgin iş qrafikimdə elə bir müğənni istəyirdim ki, əməyimə dəyər versin. Çox təkliflər gəlirdi, onlar arasından Borisi seçdim. Bu təklifi mənə bəstəkar Tərlan Məmmədhüseynov edib. Düşünürəm ki, mən, Tərlan və Boris üçümüz birləşib maraqlı işlər ərsəyə gətirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə