Prodüser Tolik və aparıcı Cavid Gül arasında canlı yayımda qalmaqal yaşanıb. Belə ki, Cavid Tolikə "Sənin kimi tanınmaqdansa, məşhurlaşmasam yaxşıdır" sözlərini söyləyib. Tolik isə Cavidə cavab olaraq "25 illik xalq artisti Brilliant Dadaşova səni tanımırsa, nə deyim?" fikirlərini bildirib və Cavid Gül efiri tərk edib. Daha sonra Tolikdə həmin addımı atıb.
Məsələ haqda SİA-ya Tolik danışaraq baş verən hadisəyə aydınlıq gətirib: "Cavid o sözləri işlətməklə düz etmədi. Çünki ən azından onunla illərdir ki, dostluq edirəm. O bilir ki, şou-biznesə 12 ilimi həsr etmişəm. Cavid deyir ki, qalmaqallarla yadda qalmışam. Amma Cavidin özü illərdir aparıcılıq edir. Amma xalq artisti Brilliant Dadaşova onu tanımır. Ən azından ayıbdır və qəbahətdir. Onu da deyim ki, cəmiyyət içərisində sorğu aparsanız bilərsiniz ki, məni Cavidddən daha çox tanıyırlar. Verilişə korifey sənətkarlar, Arif Babayev, Aygün Kazımova, Aygün Səmədzadə, Baba Vəziroğlu kimi dəyərli insanlar zəng edərək məni sevdiklərini söyləyiblər. Xüsusi ilə diqqətinizə çatdırım ki, hazırda Cavid Güllə barışmışıq. Münasibətlərimiz yaxşıdır. Verilişdə də şou yaratmaq niyyətində deyildim. Sadəcə olaraq hisslərimizə qatıldıq. Ancaq yenidən efiri tərk etdiyim üçün saytınız vasitəsi ilə xalqımızdan üzr istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB