Nüşabə Ələsgərlinin yeni planları

Əməkdar artist Nüşabə Ələsgərli yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Bildiyiniz kimi, bir neçə gün bundan öncə yeni bəstəmi təqdim etdim. Yenidən iki mahnı üzərində çalışıram. Bəstələr hazırda aranjimandadır. Aranjiman işləri bitdikdən sonra mahnılara ad da qoyacağıq. Bəstələrin musiqisi Nazim Əzimova, sözləri isə gənc şairə Aygünə məxsudur. Tezliklə mahnıları dinləyicilərin ixtiyarına verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə