Elnarə Abdullayeva məcburən 2 gün oxumalı olacaq

Elnarə Abdullayeva məcburən 2 gün oxumalı olacaq

Muğam ifaçısı Elnarə Abdullayeva Heydər Əliyev Sarayında daha bir gündə konsert verəcək. SİA-ya bu haqda müğənninin mətbuat katibi Tahirə Məmmədqızı ətraflı məlumat verib: "Elnarə xanım yalnız fevralın 20-də konsert verəcəkdi. Lakin konsertinin bütün biletləri satıldığı üçün daha bir gün əlavə olundu. Belə ki, biletlər 10 gün öncə satıldığından, Elnarə xanım qərara alıb ki, fevralın 21-i üçün də səhnəyə çıxsın. Biletlər Heydər Əliyev Sarayının kassalarında satışdadır. Biletlərin qiyməti 20-80 manat arasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə