Demet Akalın paytaxtımızın qonağı olacaq

Demet Akalın paytaxtımızın qonağı olacaq

Türkiyənin tanınmış müğənnisi Demet Akalın paytaxtımızın qonağı olacaq. SİA-ya bu haqda Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib. Mətbuat katibinin dediyinə görə, ifaçı may ayının 1-də Heydər Əliyev Sarayında konsert verəcək. Sənətçi konsert zamanı sevilən və yeni bəstələrini səsləndirəcək.

Qeyd edək ki, sənətçinin konsertinə biletləri yaxın günlərdə şəhərin kassalarından əldə edə biləcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə