Müğənni həbs olunan prodüseri haqda nələr dedi? FOTO

Müğənni həbs olunan prodüseri haqda nələr dedi? FOTO

Xəbər verdiyimiz kimi, müğənni Sevinc Ağaşirinovanın prodüseri, dj kimi çalışan Elvin Əli həbs olunub. SİA-ya Elvin haqda danışan ifaçı hazırda onunla çalışmadığını dilə gətirib: "Elvinlə işbirliyimizə 3 ay bundan öncə son qoymuşam. Artıq onunla işləmirəm. Onu da deyim ki, Elvinin heç vaxt şəxsi həyatı barədə maraqlanmamışam. Onun hansı işlərlə məşğul olduğundan bu vaxtadək xəbərim olmayıb. Elvin narkotikaya görə həbs edilibsə, Azərbaycan qanunları qarşısında cavab verəcək".

Qeyd edək ki, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə