Aktyor Tolqa Karel həyat yoldaşı, azərbaycanlı model Günay Musayevanı polisə verib. SİA-nın verdiyi xəbərə görə, o, Günayın sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib.
Tolqa oğlunu görmək üçün iki aydır ayrı yaşadığı həyat yoldaşının evinə getdiyini bildirib: "Əvvəl zəng vurdum. Cavab vermədiyi üçün evinə getdim. Qapını da açan olmadı. Dayanacağa düşdüm. Birdən iki nəfər hücum etdi. Biri silahlı idi. O, həyat yoldaşımın sürücüsü imiş. Bunu o etdirib, ona görə şikayətçiyəm".
Günay Musayeva isə iddiaları rədd edib: "Səhər saat 6-da içkili vəziyyətdə gəlib evi dağıtdı. Onu çölə çıxartdım. Sonra nə baş verdiyini bilmirəm".
Azərbaycanlı modelin sürücüsü Ozkan Berber də "Günay xanım Tolqa bəyin içkili halda gəlib evi dağıtdığını söyləyəndə yanına getdim. Söyüş söydüyü üçün mən də Tolqaya sillə vurdum. Silahım yoxdur" deyərək söylənilənlərin həqiqət olmadığını vurğulayıb.
Məhkəmə Tolqanı təhdid etdiyi üçün Berberin ona 3 ay müddətində yaxınlaşmasına qadağa qoyub.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqa cütlüyünün Cihangir adında övladları var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB