Müğənni sevənlərinin istəyini nəzərə aldı

Müğənni sevənlərinin istəyini nəzərə aldı

Müğənni Ceyhun Əliyev növbəti yeniliyə imza atacaq. SİA-ya bu haqda ifaçının özü ətraflı məlumat verib: "Hazırda yeni mahnılar üzərində çalışıram. Tezliklə fərqli mövzuya həsr etdiyim mahnım işıq üzü görəcək. Bəstənin adını demiyəcəm. Çünki sənət yoldaşlarımın mövzunu oğurlaya bilər. Onu da deyim ki, məni sevənlərin istəyi ilə "Söz verirəm" mahnısına klip çəkdirəcəm".

Qeyd edək ki, hazırda Ceyhun Aşıq Samirə ilə "Xoşbəxt oluram" bəstəsini ekranlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə