"Bu tarz benim"dən xoşagəlməz hadisə FOTO

"Bu tarz benim"dən xoşagəlməz hadisə FOTO

Türkiyədə iki ayrı kanalda, eyni kanalda və formatda yayımlanan "Bu tarz benim" dəb proqramı ilə bağlı yeni məhkəmə qərarı verilib. SİA-nın verdiyi xəbərə görə, "Production House"in keçən il Show TV-də yayımlanan verilişi bu il TV8-ə transfer olunduqdan sonra iki kanal arasında mübahisə başlayıb. Show TV-də Ebru Akelin aparıcı və Bülent Ersoyun da jüridə olduğu proqram TV8-ə məhkəmədə uduzsa da, proqramın yayımına davam ediblər.

Bunun ardından növbəti dəfə məhkəməyə baş vuran telekanalın rəhbəri Acun İlicalı yenə də məhkəməni qazanıb. Məhkəmənin qərarı olaraq Show TV eyni adla verilişi davam edə bilər, ancaq proqramın mövzusu dəb, trend, geyim yarışması ola bilməz. Beləliklə, "Bu tarz benim" dəb verilişi yayımına ancaq TV8-də davam edə bilər.

Qeyd edək ki, TV8 telekanalında yayımlanan verilişin münsifləri model İvana Sert, modelyer Nur Yerlitaş, saç ustası, müğənni Kamal Doğulu, aparıcısı Öykü Serterdir.

Bütün xəbərlər Facebook səhifəmizdə