Müğənni: “Mikrafon olmasaydı, ifaçılar vəziyyətdən çıxa bilməzdilər”

Müğənni: “Mikrafon olmasaydı, ifaçılar vəziyyətdən çıxa bilməzdilər”

Müğənni Vüsalə Rəcova məclislərdə müğənnilərin mikrafon savaşından danışıb. SİA-ya açıqlama verən ifaçı bu haqda maraqlı fikirlər səsləndirib: "Elə məkanlar olur ki, texniki problem səbəbindən mikrafonsuz oxumalı oluruq. İstedadlı və təcrübəli ifaçı vəziyyətdən çıxa bilir. Amma elələri var ki, səs olmur, eyni zamanda mikrafonun yaxşı işləməməsi onu səhnədə pis vəziyyətdə qoyur. Buna əksər sənətçilər şahid olub. Mikrafon olmasaydı, yəqin ki müğənnilər vəziyyətdən çıxa bilməzdilər".

Qeyd edək ki, xanım Rəcova tezliklə albom çıxarmağı düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə