İfaçı: “Müğənnilərimiz dünya miqyasında populyar ola bilməyib”

İfaçı: “Müğənnilərimiz dünya miqyasında populyar ola bilməyib”

Əməkdar artist Baloğlan Əşrəfov qardaş ölkənin tanınmış müğənnisi Tarkandan danışıb. SİA-ya açıqlama verən sənətçi özünü heç vaxt türkiyəli ifaçı ilə müqayisə etmədiyini dilə gətirib: "Tarkan dünya ulduzudur. Pop mahnılarını mükəmməl oxuyur. O, özünü və mahnılarını xarici ölkələrdə kifayət qədər tanıdıb. Amma bizim Avropada özümüzü tanıtdırmağa imkanımız yoxdur. Bu günə kimi də heç bir ifaçımız dünya miqyasında populyar ola bilməyib. Onu da deyim ki, heç vaxt özümü Tarkanla müqayisə etməmişəm. Çünki mən azərbaycanlıyam və mən xalq mahnıları oxuyuram. Bizim sözügedən ifaçı ilə janrlarımız başqadır".

Bütün xəbərlər Facebook səhifəmizdə