Türkiyənin böyük səs-küyə səbəb olan Acun İlıcalının prodüserliyi və aparıcılığı ilə təqdim olunan məşhur "Survivor" yarışmasının builki buraxılışında əvvəllər iştirakçı olmuş məşhurlar yarışacaq. SİA-nın verdiyi xəbərə görə, yarışa Mərvə Oflaz, Almeda Abazi, Fulya Keskin, Turabi Çamkıran, Serenay Aktaş, Hilmi Cem, Paskal Numa, Sahra İşıq və müğənni Nihat Doğan qatılacaq.
Nəzərinizə çatdıraq ki, bir müddət öncə sənətçinin layihədə iştirakının qarşılığında 500 min manat (1.5 milyon lirə) istəməsi xəbəri yayılmışdı. Rəqəm çox yüksək olduğu üçün Acunun təklifindən vaz keçdiyi söylənilsə də, "All Star" adlanan builki buraxılışda Nihat Doğanın iştirakı artıq dəqiqləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB