Elza və kürəkəni fotokameramıza yaxalandı FOTOLAR

Elza və kürəkəni fotokameramıza yaxalandı FOTOLAR

Müğənni-bəstəkar Elza Seyidcahan və kürəkəni tədbirlərin birində fotokameramızın obyektinə tuş gəlib. SİA-ya qızının nişanlısı Elxan haqda danışan ifaçı bunları deyib: "Qızımı güvəndiyim birinə verə bilərdim. Mən də uzun illərdir yanımda işləyən fotoqraf Elxana nişanlamaq qərarına gəldim. Hazırda Elxan həm də mənim köməkçimdir. İşlərimdə mənə kömək edir. Eyni zamanda olduğum tədbirlərin şəkillərini çəkir. Çox yaxşı oğlandır. Düşünürəm ki, qızım onunla xoşbəxt olacaq".

Qeyd edək ki, Elza Seyidcahanın qızı avqustun 14-də nişanlanıb. Cütlüyün yayda da toyu olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə