Ceyhun Əliyev və Aşıq Samirə maraqlı addım atdı

Müğənni Ceyhun Əliyev və Aşıq Samirə bir araya gəlib. SİA-ya açıqlama verən Ceyhun yeni klip çəkdirdiklərini dilə gətirib: "Yeni "Xoşbəxt oluram" mahnımı ərsəyə gətirdim. Fikirləşdim ki, bu bəstəyə klip də çəkdirim. Bu ekran işində mənimlə Aşıq Samirə də rol alacaq. Klip iki sevən insanın xoşbəxtçiliyindən bəhs edir. Ekran işini Cavid lentə alır".

Qeyd edək ki, mahnının sözləri Anar Süleymanovun, musiqisi isə Ceyhun Əliyevindir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...