Müğənni “alov” püskürdü

Müğənni Aysel Əlizadə yenə özündən çıxıb. SİA-ya açıqlama verən ifaçı onun bostanına daş atanlara cavab verib: "Hər zaman mənə diqqət ayırıb, ünvanıma fikir bildirən insanlara hörmətlə yanaşmışam. Ancaq bəzi "insan"lar guya təsir edici sözlər deyib, məni əsəbləşdirmək istəyirlər. O kəsləri yazıq adlandırıram. Allah köməyiniz olsun . Əsas odur ki, məni sevənlər var. Ailə tərbiyəsi görüb, fikir bildirənlərə təşəkkür edirəm. Onu da xüsusi ilə diqqətinizə çatdırım ki, xalq artistlərimizdən musiqi təhsili alıram və ən əsası onların verdikləri qiymətə görə səhnədəyəm. Azərbaycan Milli Konservatoriyasının da tələbəsiyəm. Allahın izni ilə də sənətimi davam etdirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə