Mahsum və “Zaza” Azərbaycanda!

Türkiyəli aktyor, rejissor və müğənni Mahsum Kırmızıgül artıq Bakıdadır. SİA-nın verdiyi xəbərə görə, o, bu gün "28 Cinema"da müəllifi olduğu "Möcüzə" filmini sevənləri ilə birlikdə izləyəcək. M.Kırmızıgüllə yanaşı, paytaxtımıza "Kurtlar vadisi" serialının Zaza dayısı – Əli Sürməli də gəlib. Onlar media nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə şəkillər çəkdirəcəklər.

M.Kırmızıgül Bakıya gələrkən hava limanında çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşaraq "Azərbaycan, Bakı" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə