Müğənni Sevinc Ağaşirinova növbəti klip çəkilişlərinə start verib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: " "Buyur yanımda əyləş" mahnımı lentə aldırdım. Çəkilişlər 3 gün davam etdi. Klipimi bu dəfə Azərbaycanda yox, Gürcüstanda çəkdirdim. Çəkiliş prosesi çox çətin baş tutdu. Belə ki, Gürcüstanda hava soyuq idi, qrip oldum. Daha sonra çəkiliş vaxtı yıxıldım, belim zədələndi. Allaha şükür heç nə olmadı. Ekran işini rejissor Zamiq çəkdi. Tezliklə sözügedən klipi təqdim edəcəm".
Qeyd edək ki, mahnının sözləri Samir Quliyevin, musiqisi Əhməd Mustafayindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB