Teleaparıcı fahişəliyə görə həbs olunan prodüserdən danışdı

Teleaparıcı Sərxan Kərəmoğlu fahişəliyə görə həbs olunan prodüser Vəfa Məmmədova və insan alverində təqsirli bilinən müğənni Maral Tahirqızı haqqında fikirlərini bildirib. SİA-ya açıqlama verən Sərxan bunları deyib: "Vəfa xanımın tutulması mənə pis təsir etdi. Maral xanım haqqında heç nə deyə bilmərəm. Amma Vəfa xanım çalışdığı müğənniləri və tanınmamış bir çox ifaçıların əlini çörəyə çatdırıb. Onu da deyim ki, bizim ölkədə hüquq mühafizə orqanları çox operativ və ədalətli çalışırlar. Allah onlara bu çətin və şərəfli işdə səbr versin".

S. Kərəmoğlu sözügedən tanınmışlar haqqında yazan jurnalistləri qınaq obyektinə çevirib: "Vəfa və Maral xanım barəsində yazan media işçilərinin bəzilərində insaf yoxdur. Sözügedən xanımlara dəstək olub, düzgün yol göstərməkdənsə, ağlınıza gələni qələmə alırsınız. Axı Vəfa xanımın oğlu və qohumları var!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...