Bəstəkar Nazim Məmmədov bu il çalışdığı ifaçıların adlarını açıqlayıb. SİA-ya açıqlama verən Nazim onlarla olan münasibətindən də söz açıb: "2015-ci ildə Xatirə İslam, Emil Bədəlov, Natəvan Həbibi, Ehtiram Hüseynov, Cabir Abdullayev, Vüsalə Rəcova, "Şeron" qrupu, Nigar Şabanova, Abbas Bağırovla işbirliyimiz var. Bu il eyni zamanda böyük layihələrimiz olacaq. Belə ki, xalq artisti Nəzakət Teymurova, əməkdar artistlər Elza Seyidcahan və Gülüstan Əliyeva ilə birgə çalışacağıq. Bir sözlə durmadan çalışırıq. Onu da deyim ki, Allahın verdiyi nemətdir ki, bu qədər sevilən insanlarla həm dostam, həm də onlarla çalışıram".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB