Müğənni Maral Tahirqızı istintaqa cəlb olunub. Müğənni insan alverində təqsirləndirilir. O, bu gün təqsirləndirilən şəxs qismində Xətai Rayon Polis İdarəsinə çağırılaraq ifadəsi alınıb.
Məsələ haqda SİA-ya danışan Maral Tahirqızı olanlar haqda bunları deyib: "Esmira adlı saç ustası Ədalət adlı kişiyə hansısa xanımı düzəltmək istəyirmiş. Nədənsə Esmira xanım bu işlərdə adımı hallandırır. Hətta polis bölməsində adımı çəkib. Ancaq mənim bu işlərdən xəbərim yoxdur. Müstəntiq də məndən bir neçə adamın adını soruşdu. Mən də bildirdim ki, həmin adamlardan yalnız birini tanıyıram. O şəxs də Esmiradır. İfadəmdə digərlərini tanımadığımı dedim. Bir daha deyirəm, mənim bu işlərlə heç bir əlaqəm yoxdur. Mən günahsızam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB