Ruminiyalı müğənni Anda Adam ikinci dəfə paytaxtımızın qonağı olacaq. SİA-ya bu haqda konsertin təşkilatçısı Samir Xəttab məlumat verib: "Mart ayının 21-də Anda Adam konsert vermək üçün Bakıya gələcək. Konsertə gəlmək istəyən tamaşaçıları fərqli və maraqlı şou gözləyir. Konsertdən öncə sənətçi mətbuat konfransı keçirəcək. İfaçı jurnalistlərlə və fanatlarıyla səmimi söhbət edəcək".
Qeyd edək ki, Samir bu ilin yarısına kimi adını hələ ki, sirr saxladığı bir çox avropa sənətçilərini Bakıya dəvət edib və bir çox konsertlər təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB