Flora Kərimova bu dəfə kimi duet ortağı seçdi?

Flora Kərimova bu dəfə kimi duet ortağı seçdi?

Xalq artisti Flora Kərimova və müğənni Elxan Qaraxanoğlu bir araya gəliblər. SİA-nın verdiyi xəbərə görə, ifaçılar birgə duet oxuyublar. Elxan sosial şəbəkədə sənətkarla şəklini paylaşaraq bu sözləri yazıb: "Flora Kərimova ilə yeni mahnı yazdırırıq. Bəstə "Varlığınla bəsimsən" adlanır. Allah Flora xanımı qorusun. Azərbaycanın musiqi kraliçasıdır. Çox sadə və səmimi insandır".

Bütün xəbərlər Facebook səhifəmizdə