Məşhurlar Türkiyə kanalında Bakıdan danışdılar

Məşhurlar Türkiyə kanalında Bakıdan danışdılar

Bir neçə gün bundan öncə şəhərimizin qonaqları olan qardaş ölkənin aktyorlar Burak Özçivit, Fəxriyyə Evcən və Səlim Bayraktar Türkiyə kanallarının birinə açıqlama veriblər. SİA-nın verdiyi xəbərə görə, Bakını gəzən aktyorlar paytaxta heyran qaldıqlarını deyiblər.

F. Evcən Azərbaycanın gözəl ölkə olduğu haqda eşitsə də, bu qədərini gözləmədiyini deyib: "Yol boyu gördüyümüz o qədər qəşəng binalar var. Hamısına "Ay, nə gözəl" deyib qaldıq. "Qız qalası"nın içərisinə heyran oldum".

B. Özçivit isə "Bakı tarixi bir yerdir. Gözəlliyinə heyran qaldım. Azərbaycan haqda hər zaman danışırdılar. Bu qədərini gözləmirdim. "Qız qalası"na çıxdıq. Hər mərtəbəsi bir başqa gözəl idi" - deyə, bildirib.

S.Bayraktar da Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Möhtəşəmdir. Binalara baxanda başa düşürsən ki, nə qədər canlı bir şəhərdir. Tarixi bir yerdir".

Bütün xəbərlər Facebook səhifəmizdə