"Bozbash pictures"in aktyorları növbəti yeniliyə imza atacaqlar. SİA-ya bu haqda aktyor Nicat Rəhimov məlumat verib: "Hər kəsin "Bozbash pictures" serialından yaxşı tanıdığı aktyor "Şəmi" İlkin Həsəni "Ay brilliant " adlı yeni film çəkir. Bu kinoda da "Bozbash pictures"in üzvləri aktyorlar Elşən Orucov, mən və başqaları əsas rolları ifa edəcəklər. Hazırda sözügedən kinonun çəkilişindəyəm".
Qeyd edək ki, film mart ayında kinoteatrlarda nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə