Məşhur aktrisa Ceraldin MakYuen vəfat edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktrisa 82 yaşında dünyasını dəyişib.
Bu haqda mediaya mərhumun yaxınları - oğlu Qreyq və qızı Klaudiya xəbər verib.
Ötən ilin oktyabrında insult keçirən Ceraldin uzun müddət idi ki, xəstə yatağından qalxa bilmirdi.
Qeyd edək ki, MakYuen 58 il aktrisa kimi fəaliyyət göstərib, 40 filmdə rol alıb. Onlar arasında "Robin Qurd: Oğrular şahzadəsi", "Maqdalina bacıları" kimi ekran işlərinin adını çəkmək olar. 1991-ci ildə isə o, "Yer üzündə təkcə portağallar yoxdur" filmindəki obrazına görə "Ən yaxşı aktrisa" nominasiyasında BAFTA mükafatını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB