Rusiyalı müğənni İrina Dubsovanın Heydər Əliyev Sarayında keçirmək istədiyi konsert təxirə düşməli olub. SİA-nın verdiyi xəbərə görə, buna səbəb ifaçının səhhətində yaranan problemlərdir. Belə ki, ifaçı Bakıya gəlmək istərkən hava limanında huşunu itirib. Müğənni bir müddət xəstəxanada müayinə olunacaq.
Dubsova sosial şəbəkədə konsertin təxirə düşdüyünə görə azərilərdən üzr istəyib: "Çoxdandır gözlədiyim Bakı... Səhhətimlə bağlı sizin yanınıza gələ bilmədim. Özünüzü və yaxınlarınızı qoruyun. Konsertin təxirə düşməsinə görə sizdən üzr istəyirəm. Biletləri geri qaytarmayın. Komandam hazırda Bakıdadır. Konsert mənim ad günüm və Sevgililər günü ərəfəsində olacaq. Fevralın 13-də sizin görüşünüzə gələcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB