Türkiyəli müğənni Ajda Pekkan fotoqrafı məhkəməyə verib. SİA-nın verdiyi xəbərə görə, buna səbəb fotoqrafın Ajdanın ayaqlarının şəklini reklam çəkilişində istifadə etməsi olub. Pekkan məhkəmədə fotoqrafdan 300 min türk lirəsi məbləğində təzminat verilməsini istəyib. Uzun müddətdən sonra bitən məhkəmənin qərarına əsasən, Ajdaya 55 000 lirə pul veriləcək. Bundan əlavə, reklam çəkilişindən qazanılan puldan 45 000 lirə və mənəvi təzminat olaraq 10 000 lirə də sözügedən şəxsdən cərimə olaraq alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB