Bu gün əməkdar artist Lalə Məmmədovanın qızı Çinarənin ad günüdür. SİA-nın verdiyi xəbərə görə, 1 yaşı tamam olan Çinarəni sənətçi sosial şəbəkədə təbrik edib: "Qızım Çinarə, 2014-cü ilin yanvar ayının 3-dən ömür səhifəmə Nərgizdən sonra parlaq yazı oldun. Sən həyatımın ən çətin dönəmində dünyaya gəlib, məni də özünlə bərabər qaranlıqlardan çıxardın. Əziz balam, artıq 1 yaşına qədəm qoydun. Xalqına, el-obana, vətəninin adət-ənənəsinə sadiq, xeyirli övlad ol! Ad günün mübarək!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB