Baba Vəziroğlu ilə Vüsalə Rəcova bir arada FOTO

Baba Vəziroğlu ilə Vüsalə Rəcova bir arada FOTO

Yaradıcılığında boşluq yaratmayan müğənni Vüsalə Rəcova repertuarında yenilik edəcək. SİA-ya bu haqda əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu danışıb: "Vüsalə xanım sözləri mənim, musiqisi Nazim Məmmədovun olan mahnı oxuyacaq. V.Rəcovayla ilk iş birliyimizdir. Vüsalə xanımın səsini ekrandan izləmişəm. Musiqi arenasında öz dəsti-xətti olan xanımdır. Xalq və bəstəkar mahnılarına peşəkar səviyyədə yanaşan istedadlı müğənnidir. Əməkdaşlığımızın ona növbəti uğuru qazandıracağına inanıram".

Qeyd edək ki, sənətçi yaxın aylarda konsert proqramı keçirməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə