Türkiyəli aktyor Burak Özçivit və aktrisa Fəxriyyə Evcən "Möhtəşəm yüz il" serialının Sümbül Ağası Səlim Bayraktarla birlikdə paytaxtımızın qonağıdırlar. SİA-nın verdiyi xəbərə görə, akyorlar bu gün rol aldıqları "Eşq sənə bənzər" filminin qala gecəsində iştirak edəcəklər. Nizami Kino Mərkəzində baş tutacaq gecədə ekran işinin yaradıcı heyəti də yer alacaq. Filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır.
Qeyd edək ki, "Eşq sənə bənzər" filminin qala gecəsi bu gün saat 19:00-da, Nizami Kino Mərkəzində baş tutacaq.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB