“Planet Parni iz Baku” KVN Teatrının aktyorlarından yenilik

“Planet Parni iz Baku” KVN Teatrının aktyorlarından yenilik

"Planet Parni iz Baku" KVN Teatrının aktyorları yenidən tamaşaçılarını sevindirəcəklər. SİA-nın verdiyi xəbərə görə, aktyorlar yeni tamaşaya hazırlaşırlar. "Hamı AvrOppalara" adlı konsert proqramı aprelin 25-i və 26-da Heydər Əliyev Sarayında baş tutacaq. Artıq məşqlər başlayıb.

Qeyd edək ki, tamaşada əməkdar artist Tahir İmanov, aktyorlar Cabir İmanov, Bəhram Bağırzadə, Emil Abbasov, Azər Məmmədzadə yer alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə