Teleaparıcı yeni layihəsi ilə nələr etməyə hazırlaşır?

Teleaparıcı yeni layihəsi ilə nələr etməyə hazırlaşır?

Teleaparıcı Aynur Hacıyeva yeni rəhbəri olduğu "Körpü şou" layihəsi ilə efirə qayıdır. SİA-nın verdiyi xəbərə görə, o, bununla əlaqədar olaraq media mənsublarını başına cəm edərək mətbuat konfransı keçirib.

O, konfransda bilidirb ki, "Körpü şou" "Li li group" və Türkiyənin tanınan "Mərdan" yapımla birgə müqaviləsnin məhsuludur: " Artıq anonsları yayımlanan layihənin ilk buraxılışı fevralın 1-də, "Xəzər televiziyasında yayıma buraxılacaq. 4 veriliş çəkilən telelayihənin ilk iştiraskçıları xalq artisti Aygün Kazımova, Kərəm Cem olub. Digər buraxılışlarda, Zamiq Hüseynov Yusif Güney, Linet Samira və başqaları çəkilib. Bu layihədə yerli sənətçilərimizlə yanaşı türkiyəli məşhurlardan Murat Boz, Murat Dalklıc, Gülşən, Simge Sağın, Soner Arıca, Didəm, Emre Kaya və digər tanınmışların iştirakı nəzərdə tutulub. Onu da deyim ki, müqaviləyə əsasən çəkilişlər Türkiyədə həyata keçiriləcək. Hər verlişdə bizim istedadlı müğənni Leyla Babayeva Azərbaycan mahnıları səsləndirəcək və onun tarixi barədə məlumat veriləcək. Bu, bir növ təbliğat xarakteri daşıyacaq. Eyni zamanda hər dövlətin sənətçisi mahnılarını canlı ifa edəcək".

Layihənin anonsları gedən ərəfədə qulağına xoşagəlməz fikirlərin çatdığını bildirən Aynur xanım jurnalistlərin Röyanın oxşar layihə anonsu etdiyini söyləməsinə aydınlıq gətirib: "Röyanın çəkəcəyi layihə barədə xəbərim var. Biz artıq layihəmizi efirə verməyə hazırlaşırıq. Hər bir yaradıcı insana uğurlar arzu edirəm. Hərəmiz öz işimizi görək, kimin işinin daha uğurlu alındığını biz yox, tamaşaçı deyəcək".

Qeyd edək ki, layihənin baş rejissoru Kamal Başbuğ, baş prodüseri Ləman Tağıyeva, redaktoru Vüsalə Hikmətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə