Fərda nə arzuladı?

Aktyor Fərda Xudaverdiyev şəxsi həyatından söz açıb. SİA-ya açıqlama verən aktyor yumoristik aktyor olsa da, ciddiliyi çox sevdiyini dilə gətirib: "Tamaşaçılar məni yumoristik aktyor kimi tanıyır. Buna səbəb də təbii ki, özümü onlara yumoristik aktyor kimi tanıtmağımdan irəli gəlir. Ancaq şəxsi həyatda ciddiliyə daha çox üstünlük verirəm. Yumoru sevirəm. Amma ciddi olmaq mənim xarakterimdir. Onu da deyim ki, ciddi obrazda rol almaq arzularımdan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə